AZ

Baş Prokurorluqdan vətəndaşın sağlamlığına ağır xəsarət yetirilməsi barədə yayılmış məlumatlara REAKSİYA

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Elcan Beybudova tanışı Vüsal Mayılov tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, istintaqın əsassız uzadılması barədə məlumatlar yayılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
 
Bildirilib ki, Vüsal Mayılov tərəfindən Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
 
Binəqədi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prossual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılaraq, təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
29 noyabr 2023-cü il tarixdə Vüsal Mayılova həmin məcəllənin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilib, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yenidən rayon məhkəməsinə müraciət olunub, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmayıb, eləcə də, həmin qərardan ibtidai araşdırmaya prosseual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayaraq, rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
 
Bundan başqa, cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq cari il yanvar ayının 23-də Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilib.
 
"Bildiririk ki, cinayət işi üzrə müvafiq ekspertizaların təyini, hadisənin baş vermə səbəbləri və şəraitinin, mexanizminin dəqiq müəyyənləşdirilməsi istiqamətində çoxsaylı istintaq hərəkətlərin icra olunması, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıqların, dövlət orqanlarına sorğuların verilməsi, zərərçəkmiş tərəfin istintaq orqanının çağırışlarına vaxtında gəlməmələri ibtidai istintaq müddətinin uzanmasına səbəb olub.
 
İstintaq zamanı həmçinin, Vüsal Mayılovun mübahisə zamanı ayağından bıçaq zərbəsi alması faktına görə cinayət işinin materiallarından cinayət işi ayrılaraq, hazırda istintaqı davam etdirilir. Bir daha sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirməmiş və yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur", - deyə məlumatda vurğulanıb.
 
Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19009
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18927
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18006
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17301
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15798
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15539
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15279
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15037
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11515
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11122
"Zaur, yenə çaşdın..." - VİDEO
8717
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7798
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7179
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7135
Minimum əmək haqqı nə qədər arta bilər?
6944
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6715
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
6152
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5885
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5620