AZ

“Nurgün Motors” ölkədən külli miqdarda pul çıxarıb? – Hüquqşünas şirkətə kəsilən cəzanın səbəblərini açıqladı

Xəbər verildiyi kimi, “Nurgün Motors” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü madəsini pozub. Tribunainfo.az məlumat verir ki, tələbi pozulan maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

“Nurgün Motors”un cərimələnmə səbəbinə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov Tribunainfo.az-a bildirib ki, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarsa da, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün “Nurgün Motors” cərimələnib. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Ölkədən elə-belə pul çıxarmaq olmaz, gərək nə isə alasan. Bunun üçün verilən müddət də iki ildir”.

 

Ə.Həsənov deyib ki, iki il ərzində həmin mal ölkəyə gəlməlidir: “Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul çıxarıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib”.

 

Ə.Həsənov bildirib ki, qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var: “Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır.

 

Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

 

Tarix: 3 Aprel 2024, 15:37   
Seçilən
169
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18586
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17832
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
17124
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17093
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15616
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14797
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14254
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14019
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11170
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10976
"Zaur, yenə çaşdın..." - VİDEO
8588
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7614
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6913
Minimum əmək haqqı nə qədər arta bilər?
6819
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6476
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6104
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5599
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5437
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5059