AZ

Erməni “faydalı axmaqlar”ın 5 aprel eyforiyası – Havayı pendir tələdə olur!

44 günlük müharibədə işğalçı Ermənistan payını alsa da, artıqlaması ilə şillə-təpik yesə də, yenə “dava-dava” axtarır. Cığal və namərd qonşumuzun xislətini hamıdan yaxşı elə özümüz bildiyimiz üçün barıtı daim quru saxlamaq zorundayıq.

Əfsus ki, erməni zatıqırıqlar söz anlamağın ayrı effektli yolunu bilmirlər. Vaxtaşırı “dəmir qapaz” başlarına dəyməlidir ki, qafalarındakı “boz maddənin müvafiq seqmentləri” müvəqqəti də olsa işə düşsün, azacıq ağıllansınlar...

İndi də Paşinyan iqtidarı Qərbin küyünə gedir. Demirik ki, Rusiya Qərbdən yaxşı idi Azərbaycana münasibətdə. Hər iki güc mərkəzinin erməni təcavüzünə münasibətdə “ikili standart” yanaşmasını, ədalətsizliyini ATƏT-in bədnam Minsk Qrupunun timsalında 27 il ərzində əyani gördük. Onlar eyni bezin qıraqları.

Ona görə də bizim üçün fərq eləməz, Ermənistanın yeni yiyəsi kim olacaq, kiminlə o, “çaşka-lojka” olacaq. Bu dəfə hansı paytaxt auksionda onu neçəyə “satın alacaq”. Özləri bilər. Can onların, cəhənnəm Tanrının. Əsas odur “küləyi” Azərbaycana dəyməsin. Şərlərini bizdən uzaq eləsinlər.

Təəssüf ki, bu gözlənilmir. Əksinə, görünən odur ki, indi də ABŞ + AB “şirin cütlüyü” timsalında kollektiv Qərb Ermənistandan təkcə Rusiyaya qarşı yox, Azərbaycan əleyhinə də yararlanmaq istəyir. Vaşinqton və Brüssel bunu qulağımıza xoş gələn müxtəlif diplomatik ifadələrlə maskalamağa çalışsa da...

Sözsüz, Qərbin yaxşı pulu var. Ermənistan da ki, blokadadan əziyyət çəkən yoxsul, miskin və cırtdan ölkə. Qərb üçün tutaq ki, 2-3 milyard avro qəpik-quruşdursa, Ermənistandan ötrü bu fantastik məbləğdir. İstisna deyil ki, 5 aprel “üçlü görüşü”ndən sonra İrəvanı bir az da şirnikləndirmək üçün bu yöndə konkret addım atılsın.

Təhlükəlisi həm də budur. Çünki müşahidələrə görə, Qərbdən istənilən vədə, iltifata, ələlxüsus siyasi-təbliğati və hərbi dəstəyə İrəvan ən əvvəl Azərbaycan əleyhinə revanşist planlar prizmasından baxır. Bunu gizlətmirlər də. Erməni mediasını müntəzəm izləyənlər qənaətimizi təsdiqləyə bilər. Artıq 5 apreli hansısa “qurtuluş günü” kimi, hətta Qarabağda separatçılığın baş qaldırdığı 1988-ci ilin fevral fürsəti kimi qələmə verməyə başlayıblar. Guya gələn ay Ermənistana Avropa İttifaqına üzvlüyünə namizəd statusu da tanınacaq.

HALBUKİ.jpeg

Halbuki İrəvan üçün problemlərin problemi iki qonşu dövlət - Azərbaycan və Türkiyə ilə təcili anlaşmaq, sülh müqavilələri imzalamaqdır. Ermənistana ən etibarlı təhlükəsizlik zəmanətini də nə Qərbin varı-pulu, vədi verəcək, nə də silahları. Yalnız qapıbir qonşularla dinc-yanaşı yaşamaqla buna nail olmaq mümkündür. Yolu, “resepti” bəlli...

Məsələ də ondadır ki, 5 apreldə Brüsseldə Ermənistanla bağlı imzalanacaq hansısa pakt bu zəmanəti təmin edə bilməz, etməyəcək. Yox, belə bir sənəd İrəvanı Bakı ilə sülh sazişi imzalamaq üçün tələsdirəcəksə, onda sevinərik. Amma buna inanmırıq. Səbəbləri yazdıq.

Yəqin ki, əksi olacaq. Paşinyan Avropadan qayıtdıqdan sonra Rusiyadan çox Azərbaycan və Türkiyəyə qarşı ritorikasını, tələblərini sərtləşdirəcək. Çünki kollektiv Qərbə güvənib ayağını “yerə” möhkəm basdığını zənn edəcək. Daha böyük illüziyaya qapılacaq.

Diqqət edin, separatçı ünsürlər də məhz bu ərəfədə Ermənistanda təzədən ayaqlanıblar. Demək, bədəlini də göz önünə gətirməlidirlər. Havayı pendir yalnız tələdə olur. “Faydalı axmaqlar”a qarşı isə Azərbaycanın “zərdab”ları hazırdır.

Qısası, qarşıdakı üçlü tədbir Ermənistan daxil, bölgəyə pozitiv bir şey vəd eləmir. Zira, tərəflərin niyyəti çirkin, məkrlidir. Ürəklər təmiz, dillər səmimi deyil. Keşkə, yanılaq. Onda gərək möcüzə baş versin...

Seçilən
202
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3459
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3430
Bu yol qovşağında təmir işləri aparılacaq
2912
Bakıda hoteldə yanğın başlayıb
2498
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1533
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1504
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1475
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1329
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1140
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1137
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1039
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
973
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
961
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
852
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
828
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
814
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
807
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
806
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
779
Sabah 5 kəndin qazı kəsiləcək
747