AZ

"Elmin inkişafı baxımından bu problemin də ən qısa vaxtda həlli vacibdir" - UNEC-in rektoru

“Elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də davam edir”. 

"Unikal" xəbər verir ki, bu barədə UNEC rektoru professor Ədalət Muradov elmi tədqiqat qurumları arasındakı əməkdaşlığın mövcud durumu barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib:

"Ölkəmizdə tədqiqat qurumları arasında əməkdaşlığın qurulması olduqca vacibdir. Bu gün belə əməkdaşlığa mənfi təsir göstərən və elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də davam edir. Nəticədə universitet elminin inkişafı baxımından uzunmüddətli strateji qərarlar vermək əvəzinə ehtimal olunan və bir sıra hallarda süni yaradılmış ziyanın minimallaşdırılması üçün qısamüddətli taktiki qərarlar verilməsi yeganə çıxış yolu kimi məcburiyyətə çevrilir. Eləcə də, elmdə "toplananların yerini dəyişəndə cəmin  dəyişəyəcəyinə" inandırmaq cəhdləri də əbəsdir. Elmin inkişafı baxımından bu problemin də ən qısa vaxtda həlli vacibdir!”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
23
Mənbələr
Şərh ()
Bağla