AZ

Səfir: İsrailin zərbəsi nəticəsində bir neçə iranlı diplomat ölüb

"Hücumda bir neçə iranlı diplomat və hərbi müşavir həlak olub. Onların adları daha sonra açıqlanacaq".

Aznews.az xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib.

Onun sözlərinə görə, "İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək".

"Hələlik dağıntıların tam təmizlənməsi aparılmayıb və 5-7 nəfərin öldüyünü düşünürük. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq", - deyə o bildirib.

Seçilən
122
3
Mənbələr
Şərh ()
Bağla