AZ

İranın XİN rəhbərindən Dəməşqdəki konsulluğa hücuma REAKSİYA

Bakı. Trend:

İranın Suriyanın Dəməşq şəhərində konsulluq binasına hücum bütünbeynəlxalq öhdəliklər və konvensiyalara ziddir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri HüseynƏmir Abdullahian bu gün Suriya xarici işlər naziri Feysəl Miqdadlatelefon söhbətində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət belə hücumlara qarşıciddi şəkildə reaksiya verməlidir.

Telefon söhbətində Suriya xarici işlər naziri Feysəl Miqdad daSuriya paytaxtı Dəməşqdə İran konsulluğuna hücumu Vyana diplomatikkonvensiyasının ciddi şəkildə pozulması adlandırıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00 radələrində İsrailHHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 7 nəfər,o cümlədə,n İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi onunmüavini Məhəmməd Hacı Rəhimi ölüb.

Seçilən
145
5
Mənbələr
Şərh ()
Bağla