AZ

Bu iki ölkə də Şengen zonasına qoşuldu

Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına daxil edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Aİ Komissiyasının sədri Ursula von der Leyen “X” sosail media hesabında paylaşım edib.

O, Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb. Von der Leyen bunun bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcəyini və Şengen bölgəsini daha da gücləndirəcəyini bildirib.

Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.

Seçilən
130
3
Mənbələr
Şərh ()
Bağla