AZ

Bolqarıstan və Rumıniya Şengenə qoşuldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) Şengen vizasız səyahət zonasına daxil edilib.Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, AB Komissiyasının sədri Ursula von der Leyen sosial mediada verdiyi açıqlamada Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb.Von der Leyen bunun bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini bildirib.Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar.Avstriya qeyri-qanuni miqrasiyanın arta biləcəyindən narahat olaraq uzun müddətdir ki, iki ölkənin Şengenə daxil edilməsinə qarşı çıxıb. Razılaşma ötən ilin sonunda əldə olunub.

Seçilən
90
1
1

1Mənbələr

Şərh ()
Bağla