AZ

Professor İlham Rəhimov yeni mükafat aldı - FOTOLAR

Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr olunmuş yubiley mükafatına layiq görülüb.

Avtosfer.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının prezidenti akademik Q.Y.Krasnikov müvafiq sərəncam imzalamışdır.

Qeyd edək ki, sözügedən mükafatı professor İlham Rəhimova Bakıdakı ofisində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın Əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva təqdim edib. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
3
Mənbələr
Şərh ()
Bağla