AZ

Voronejdə “Çayxana” adlı kafe partladılıb - Böyük "müəmma"

Voronejdəki “Çayxana” kafesində partlayış rəqiblərin mübahisəsi zəminində baş verə bilərdi.

Musavat.com xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, gecə saat üç radələrində naməlum şəxs Lenin küçəsində yerləşən kafenin binasına yaxınlaşaraq, kafenin içinə qumbara atıb, nəticədə iaşə müəssisəsinin şüşəsini sınmasında sonra içəri diyirlənən qumbara partlayıb. Partlayış nəticəsində müəssisənin mebel və digər interyerinə ciddi ziyan dəyib.

Lenta.ru-nun mənbəsi qeyd edib ki, ekspertlər hələlik hadisənin kimlər tərəfindən törədildiyini, ümumiyyətlə “Çayxana”ya hansı partladıcı maddənin atıldığı barədə yekun nəticəyə gəlməyiblər.

Onu da qeyd edək ki, təkcə kafenin adı onun hansı millətdən olan şəxslərə məxsusluğunun göstəricisidir. Ancaq hüquq-mühafizə orqanları və rus mediası “Krokus” terrorundan sonra federasiyada kükrəmiş ksenofobiya dalğasını görməzliyə vuraraq baş verən bənzər hadisələrin üzərinə süni müəmma pərdəsi çəkirlər. Partlayışın “rəqiblərin mübahisəsi zəminində” törədilməsi versiyası da buna xidmət edir: ya partlayş törədənlər ümumiyyətlə tapılmayacaqlar, ya da Orta Asiyadan olan və kafe işlədən başqa adamlardan yapışacaqlar.

Musavat.com

Seçilən
59
6
Mənbələr
Şərh ()
Bağla