AZ

"İran "Qəzza" adlı pilotsuz uçuş aparatı nümayiş etdirib" - "The Wall Street Journal"

"Yeni dron 2 min km məsafəyə 10 km hündürlükdə uçaraq 13 bomba daşıya bilər..."
 
"Sərgi ABŞ tərəfindən narazılıqda qarşılanıb, həm də Qərbə İranın ən yeni hərbi texnologiyaları barədə kəşfiyyat məlumatlarının toplanmasına imkan verib..."
 
Qətərin paytaxtı Dohada Beynəlxalq Silah Sərgisində İran "Qəzza" adlı yeni pilotsuz uçuş aparatı nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat verib.
 
PUA Qəzza bölgəsinin döyüşən sakinləri ilə həmrəylik əlaməti olaraq belə adlandırılıb. Məlumata görə, bu dron 10 km hündürlükdə uçaraq 2 min km məsafəni qət edə bilər, deməli, İrandan İsrailədək çata bilər.
 
Yeni PUA artıq mövcud olan və Rusiya qoşunları tərəfindən Ukraynada sınaqdan keçirilən "Shahed-129" modelinin modifikasiyasıdır.
 
Zahiri görünüşünə görə "Qəzza" dronu İsrailin "Hermes-450" PUA-sını xatırladır. Lakin İranın yeni dronu daha böyükdür. 
 
Onun qanadları arasında məsafə təxminən 21 metrdir. Bu aparat hədəfə 13 ayrıca bomba çatdıra bilər, amma "Shahed-129" cəmi dördünü çatdıra bilir.
 
"Qəzza" dronu peyk rabitəsi ilə təchiz edilib. İstehsalçılar iddia edir ki, dron artıq istismara hazırdır.
 
İran ötən ilin oktyabrında BMT sanksiyalarının ləğvindən sonra dünya silah bazarında fəallıq göstərir.
 
Bundan öncə İran üçün leqal silah satışı problemli olub. Hər bir sövdələşmə BMT Təhlükəsizlik Şurasının razılığını tələb edib.
 
Amma bu, Tehranı dayandırmayıb. İran PUA və digər silahları öz satellitlərinə pulsuz verib.
 
Nəşrin məlumatına görə, İranın Qətərdə silahlar sərgisində iştirakı ABŞ tərəfində narazılıq doğurub. Dövlət Departamentinin məmurları bu məsələni Dohadakı həmkarları ilə müzakirə edib.
 
Lakin "həm bizimkilərə, həm sizinkilərə" prinsipi ilə hərəkət edən Qətər Qərbin bədxahları ilə açıq-aşkar əlaqələrlə bağlı Amerikanın iradlarını görməzdən gəlir.
 
"Biz əvvəlkitək İranın bütün dünyada münaqişələri uzadan və dərinləşdirən təhlükəli silahı yaymaq cəhdlərindən narahatıq", - bunu Amerika diplomatiya idarəsinin nümayəndəsi bəyan edib.
 
Qətərin sabiq məmuru deyib ki, İranın sərgidə iştirakı farsların Yaxın Şərqin həyatında rəmzi iştirakına imkan verən Dohanın Tehranı sakitləşdirmək siyasətinin bir hissəsidir.
 
Jurnalistlərin digər həmsöhbətinin sözlərinə görə, sərginin keçirildiyi müddət ərzində İran bir sövdələşmə belə imzalamayıb.
 
Sərgi həmçinin Qərb mütəxəssislərinə İranın ən yeni hərbi texnologiyaları barədə kəşfiyyat məlumatlarının toplanmasına imkan verib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
6
Mənbələr
Şərh ()
Bağla