- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Sabah” ölkə çempionatlarında 30-cu ev məğlubiyyətini alıb.
"Football-plus.az" xəbər verir ki, bu, premyer-liqanın 28-ci turunda gerçəkləşib.
Bakı klubu öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzub. “Sabah” doğma arenasında keçirdiyi 84-cü matçda 30-cu dəfə xalsız qalıb. Digər görüşlərdə 34 qələbəsi olan paytaxt klubu 20 heç-heçə edib.
Qeyd edək ki, “Sabah” ilk ev məğlubiyyətini 2018/19 mövsümündə alıb. 2018-ci il avqustun 19-da bakılılar “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.