AZ

“Sabah” üçün evdə 30-cu məğlubiyyət

Premyer Liqanın cari mövsümündə qeyri-sabit çıxışı ilə seçilən “Sabah” Azərbaycan çempionatlarında 30-cu ev məğlubiyyətini alıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunda gerçəkləşib.

Bakı klubu öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzub. Krunoslav Renduliçin çalışdırdığı kollektiv öz meydanında keçirdiyi 84-cü matçda 30-cu dəfə xalsız qalıb. Digər görüşlərdə 34 qələbəsi olan paytaxt klubu 20 heç-heçə edib.

Qeyd edək ki, bu, “bayquşlar”ın Renduliçin rəhbərliyi altındakı ilk məğlubiyyətidir. Paytaxt təmsilçisində yeni olan xorvat mütəxəssis əvvəlki oyunlarında belə uğursuzluqla üzləşməmişdi.

Onu da xatırladaq ki, “Sabah” ilk ev məğlubiyyətini 2018/2019 mövsümündə alıb. 2018-ci il avqustun 19-da bakılılar “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.

Seçilən
181
6
Mənbələr
Şərh ()
Bağla