AZ

Avropadan Rusiyaya şərab tədarükü çökdü

2023-cü il avqustun əvvəlindən 2024-cü ilin yanvar ayının sonuna qədər Avropa İttifaqı (Aİ) ölkələrindən Rusiyaya qazsız və qazlı şərabların ümumi tədarükü 2022-2023-cü illərin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalıb.

Publika.az xəbər verir ki, bu barədə RBC Aİ-nin Kənd Təsərrüfatı və Kənd İnkişafı üzrə Baş Direktorluğunun məlumatlarına istinadən xəbər yayıb.

Bu dövrdə Avropa ölkələri Rusiya bazarına ümumilikdə 1,19 milyon hektolitr şərab tədarük edib. Bu rəqəm son beş ilin ən aşağı göstəricisi olub.

Latviya bu məhsulların ən böyük tədarükçüsü olub. Ölkə ümumilikdə 368,3 min hektolitr şərab ixrac edib, amma həcmi 44,3 faiz azalıb. İkinci yerdə Litvadır (299,1 min hektolitr), İtaliya ilk üçlüyü (295,5 min) qapayır.

2024-cü ilin yanvar-fevral aylarında Gürcüstandan Rusiyaya şərab tədarükü 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artıb. İlk iki ayda ümumi idxalın həcmi təxminən 13,2 min tona çatıb.

Seçilən
113
50
Mənbələr
Şərh ()
Bağla