AZ

Avropadan Rusiyaya şərab tədarükü çökdü

2023-cü il avqustun əvvəlindən 2024-cü ilin yanvar ayının sonuna qədər Avropa İttifaqı (Aİ) ölkələrindən Rusiyaya qazsız və qazlı şərabların ümumi tədarükü 2022-2023-cü illərin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalıb.
Elchi.az xəbər verir ki, RBC bu barədə Aİ Kənd Təsərrüfatı və Kənd İnkişafı Baş Direktorluğunun məlumatlarına istinadən məlumat yayıb.
Bu dövrdə Avropa ölkələri Rusiya bazarına ümumilikdə 1,19 milyon hektolitr şərab tədarük edib. Bu rəqəm son beş ilin ən aşağı göstəricisi olub.
Latviya bu məhsulların ən böyük tədarükçüsü oldu. Ölkə ümumilikdə 368,3 min hektolitr şərab ixrac edib, həcmi 44,3 faiz azalıb. İkinci yerdə Litva (299,1 min hektolitr), İtaliya ilk üçlüyü (295,5 min) qapayır.Nuranə Məmmədova 

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla