AZ

Kriminal filmlərdən tanınan aktyor bələdiyyə başçısı - Dosye

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində tanınmış aktyor Erdal Beşikçioğlu da qalib gəlib. O, rəqibini böyük fərqlə geridə qoyub.

"Behzat Ç" serialları ilə məşhurlaşan bu teatr-kino xadimi CHP-nin namizədi kimi yarışdığı Ankaranın Etimesqut rayonunda bələdiyyə sədri olacaq. Beşikçioğlu seçici səslərinin 55 faizni toplayıb. Onun rəqibi - MHP-nin namizədi Ənvər Dəmirəl 33 faiz səs qazanıb.

Yenisabah.az Erdal Beşikçioğlunun dosyesini təqdim edir:

Erdal Beşikçioğlu 5 yanvar 1970-ci ildə Ankarada anadan olub. Atası Vakıflar Bankında menecer işləyib. Atasının təyinatları ilə ibtidai məktəbə Ankarada başlayıb, daha sonra Kayseri və İzmirdə davam edib. Orta məktəbi Ankarada bitirib.

Erdal Beşikçioğlu “Gençlerbirliği” İdman Klubunun prezidenti İlhan Cavcavın qardaşı oğludur.

1989-cu ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasına daxil olub. 1993-cü ildə oranı bitirib və elə həmin il Dövlət Teatrında işə başlayıb. 1995-1996 mövsümündə Diyarbəkir Dövlət Teatrında direktor müavini işləyib.

O, daha sonra vəzifəsini Ankara Dövlət Teatrında davam etdirib.

Erdal Beşikçioğlu 1991-ci ildən konservatoriyadakı qrup yoldaşı, aktrisa Elvin Beşikçioğlu ilə evlidir. Cütlüyün Derin adlı bir qızı var.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
156
6
Mənbələr
Şərh ()
Bağla