AZ

Tanınmış türk aktyoru bələdiyyə seçkisində qalib gəldi

Türkiyədəki bələdiyyə seçkilərində tanınmış aktyor Erdal Beşikçioğlu böyük fərqlə qazanıb.

Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Behzat C. serialları ilə Türkiyədə məşhurlaşan teatr və kino sənətçisi Erdal Beşikçioğlu CHP-nin namizədi kimi yarışdığı Ankaranın Etimesqut rayonunda keçirilən yarışda qalib gəlib. Qeyri-rəsmi nəticələrə görə Beşikçioğlu 55 faiz səs toplayıb. MHP-nin namizədi Ənvər Dəmirəl 33 faiz səs qazanıb.

 

Seçilən
166
5
Mənbələr
Şərh ()
Bağla