AZ

Viktoriyanın gəlini ilə rəqsi gündəm oldu

Məşhur modelyer Viktoriya Bekhemin gəlini Nikola Peltzla rəqsi sosial mediada ən çox izlənən videolar siyahısına daxil olub.

Publika.az xəbər verir ki, Bruklin Bekhem milyarder Nelson Peltzin qızı ilə evləndikdən sonra modelyerin gəlini ilə münasibətləri uzun müddət maqazin gündəmini zəbt etmişdi. İddia olunurdu ki, Nikolanın gəlinliyini başqa bir moda evindən seçməsi modelyerin xoşuna gəlməyib və bu inciklik uzun müddət davam edib.

Belə görünür ki, Nikolanın qayınanası ilə aralarındakı soyuq buzlar əriməyə başlayıb. Belə ki, onlar nəinki ailə bağlarını möhkəmləndirməyə, həm də dostluq münasibətləri qurmağa səy göstərirlər. Pasxa bayramını həyat yoldaşı Bruklin Bekhemin ailəsi ilə birlikdə qeyd edən Nikola sosial mediada qayınanası ilə rəqs videosunu paylaşıb. Onların lüks yaxtada çəkilən görüntüləri diqqət çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
6
Mənbələr
Şərh ()
Bağla