AZ

Radevin Bakıya səfərinə əngəl olan böhran

Çox güman ki, yaxın günlərdə yeni parlament seçkiləri elan olunacaq

Martın 29-da Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi barədə məlumat vermişdik.

Yada salaq ki, Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib.

Rusiyanın vzqlyad.ru saytı Bolqarıstanda hazırda nələr baş verdiyi haqda geniş məqalə dərc edib. Nəşr yazır ki, Bolqarıstanda siyasi böhran yaşanır: “Çox güman ki, yaxın günlərdə yeni seçkilər elan olunacaq”. Qeyd olunur ki, “demokratiyanın səviyyəsi seçkilərin çoxluğu ilə ölçülsəydi, indi Bolqarıstan ən çox demokratiyaya sahib ölkə olardı”. Çünki respublika son üç ildə altıncı dəfə parlament seçkiləri qarşısındadır:

radev.jpg

“Avropa İttifaqının bir çox digər ölkələrində olduğu kimi, Bolqarıstanda da hakimiyyətin böyük hissəsi baş nazir və hökumətə məxsusdur, qərarları parlamentdəki koalisiya tərəfindən təsdiq edilməlidir. Parlamentdə hər yeni seçkidən sonra kirpi ilanla birləşir - hətta bir-birinə düşmən olan partiyalar da biraraya gətirilir, lakin onların koalisiyası uzun sürmür. 2021-ci ildə son növbədənkənar seçkilərdə bir-birindən zəhləsi gedənlər yenidən parlamentə seçildilər. Onlar böyük məmnuniyyətlə bir-birləri ilə yumruqlaşardılar, lakin Brüsseldən və Vaşinqtondan onlara danışıqlar aparmağı əmr etdilər. Son vaxtlara qədər ölkədə iki əsas partiya var. Birincisi, Boyko Borisovun başçılıq etdiyi Avropaya daha ciddi inteqrasiyaya tərəfdar olan GERB təşkilatıdır. Boyko Borisov uzun müddət baş nazir olub, keçmiş hərbçidir, ABŞ-a xüsusi rəğbəti var. Ölkədə siyasi böhranın başlanmasıa səbəblər sırasında onun uzunmüddətdir baş nazir olması da var. İkinci partiya Kirill Petkovun “Dəyişikliyə Davam” partiyasıdır ki, əsas məqsədi Borisovu hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu ikisi bir-birinə nifrət edir, amma xarici siyasət baxımından hər ikisi Qərbə bağlıdırlar , ona görə də müttəfiqlərinin “dostluq edin” əmrlərinə tabe olublar. Güzəşt o formada formalaşmışdı ki, nə Petkov, nə də Borisov baş nazir kürsüsünə qayıtmayacaq. Əvvəlcə bir, doqquz ay sonra isə digər partiyadan bir nümayəndə baş nazir kürsüsünə oturacaq. “Dəyişikliyə Davam” partiyasından Nikolay Denkovun doqquz aylıq baş nazirliyi mart ayında başa çatıb. Lakin bəlli olub ki, “Dəyişikliyə Davam” partiyası əvvəlki razılaşmanı pozaraq baş nazir kürsüsünü GERB-dən baş nazir olacaq Mariya Qabrielə (sabiq xarici işlər naziri) vermək fikri yoxdur.

Bu da Bolqarıstanda növbəti hökumət böhranı yetişirdi.

Musavat.com

Seçilən
166
1
Mənbələr
Şərh ()
Bağla