AZ

Azərbaycan və Bolqarıstan prezidentləri arasında telefon danışığı olub

Image

Bu gün Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib.

Dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habelə biznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəfli sənədlərin işçi qaydada razılaşdırılma prosesində olduğu qeyd edilib. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallar vasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağını bildiriblər.

Mətləb Salahov





Seçilən
192
33
Mənbələr
Şərh ()
Bağla