AZ

Diabet olmayanlar şəkəri ölçən cihazlardan istifadə etməməlidirlərXƏBƏRDARLIQ

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin diabet üzrə müşaviri professor Partha Kar şəkər ölçən cihazların qidalanma pozğunluğuna səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirib ki, həmin cihazlar istifadəçilərə qidalanma səviyyələrini izləməyə imkan verən, sosial mediada reklam edilən fərdi pəhrizlər trendinin bir hissəsidir.

“The İndependent” nəşri yazır ki, professorun sözlərinə görə, bu texnologiyanı heç bir sağlamlıq səbəbi olmadan istifadə etmək qida pozğunluğuna çevrilə biləcək hallara səbəb yarada bilər. Qidalanma pozğunluğu olan insanlar tez-tez xəstəliklərinin bir hissəsi kimi cihazda nəticə olaraq göstərilən rəqəmlərlə maraqlanırlar. Bu səbəbdən belə cihazlardan istifadə etməmək tövsiyə olunur.

Alimlər “ağıllı” cihazların bir neçə cümlə söyləməsi ilə bir insanın şəkərli diabet xəstəsi olub-olmadığını yoxlamaq üçün bir üsul kəşf ediblər. Bundan sonra isə insanlara xəbərdarlıq edilib. ABŞ-da yerləşən “Klick Labs”dan olan tədqiqatçılar bir insanın 6-10 saniyəlik səs yazıları ilə diabetli olub-olmadığını ayırd edə bilən süni intellekt modeli yaradıblar. Testlər qadınlarda 89 faiz, kişilərdə isə 86 faiz dəqiqlik göstərib.

Tədqiqatçı Jayci Kaufman bildirib ki, araşdırma diabeti olan və olmayan insanlar arasında mühüm fərqləri ortaya qoyub: “Bu, tibb ictimaiyyətinin şəkərli diabet üçün müayinə üsulunu dəyişə bilər. Araşdırma 18 min yazının təhlilini əhatə edib”.

Siqnal emalından istifadə edərək tədqiqatçılar səs tonunda və intensivlikdə insan qulağının hiss olunmayan incə dəyişikliklərini aşkarlaya biliblər.

Seçilən
69
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3393
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3311
Bu yol qovşağında təmir işləri aparılacaq
2786
Bakıda hoteldə yanğın başlayıb
2406
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1439
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1432
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1420
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1291
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1103
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1098
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
935
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
902
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
858
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
812
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
775
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
766
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
765
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
736
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
732
Sabah 5 kəndin qazı kəsiləcək
712