AZ

Həkimlərdən xəbərdarlıq: Diabet olmayanlar şəkəri ölçən cihazlardan istifadə etməməlidirlər

Həkimlərdən

Bakı, 30 mart, AZƏRTAC

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin diabet üzrə müşaviri professor Partha Kar şəkər ölçən cihazların qidalanma pozğunluğuna səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirib ki, həmin cihazlar istifadəçilərə qidalanma səviyyələrini izləməyə imkan verən, sosial mediada reklam edilən fərdi pəhrizlər trendinin bir hissəsidir.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, professorun sözlərinə görə, bu texnologiyanı heç bir sağlamlıq səbəbi olmadan istifadə etmək qida pozğunluğuna çevrilə biləcək hallara səbəb yarada bilər. Qidalanma pozğunluğu olan insanlar tez-tez xəstəliklərinin bir hissəsi kimi cihazda nəticə olaraq göstərilən rəqəmlərlə maraqlanırlar. Bu səbəbdən belə cihazlardan istifadə etməmək tövsiyə olunur.

Alimlər “ağıllı” cihazların bir neçə cümlə söyləməsi ilə bir insanın şəkərli diabet xəstəsi olub-olmadığını yoxlamaq üçün bir üsul kəşf ediblər. Bundan sonra isə insanlara xəbərdarlıq edilib. ABŞ-da yerləşən “Klick Labs”dan olan tədqiqatçılar bir insanın 6-10 saniyəlik səs yazıları ilə diabetli olub-olmadığını ayırd edə bilən süni intellekt modeli yaradıblar. Testlər qadınlarda 89 faiz, kişilərdə isə 86 faiz dəqiqlik göstərib.

Tədqiqatçı Jayci Kaufman bildirib ki, araşdırma diabeti olan və olmayan insanlar arasında mühüm fərqləri ortaya qoyub: “Bu, tibb ictimaiyyətinin şəkərli diabet üçün müayinə üsulunu dəyişə bilər. Araşdırma 18 min yazının təhlilini əhatə edib”.

Siqnal emalından istifadə edərək tədqiqatçılar səs tonunda və intensivlikdə insan qulağının hiss olunmayan incə dəyişikliklərini aşkarlaya biliblər.

Seçilən
131
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4046
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3706
Bu yol qovşağında təmir işləri aparılacaq
3233
Bakıda hoteldə yanğın başlayıb
2770
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1868
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1721
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1565
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1520
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1508
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1337
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1306
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1222
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1207
Azərbaycan nefti ucuzlaşıb
1111
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1005
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
983
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
971
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
913
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
871