AZ

“Azsığorta” kiçilib: Əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb

“Azsığorta” ASC 2023-cü ili 1,58 milyon manat xalis mənfəətlə başa vurub. 

Yenicag.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azsığorta” zərərdən mənfəətə keçib. Belə ki, şirkət 2022-ci ili 2 milyon manat xalis zərərlə başa vurmuşdu.

Bununla belə, sığorta şirkəti ötən il əməliyyatlarını əvvəlki ilə nisbətən pis idarə edib. Belə ki, əsas əməliyyat gəlirləri 13% və ya 1,44 milyon azalaraq 9,76 milyona enib. Bu gəlirlərin 7,95 milyon manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 587 min manatı isə təkrarsığorta üzrə təkrarsığorta haqlarının payına düşüb. Bu isə müvafiq olaraq 2,65 milyon (25%) azalma və 16 min manat (2,8%) azalma deməkdir.

Bu dövrdə ASC-nin əsas əməliyyat xərcləri 9,79 milyon manat, işlərin aparılması xərcləri 5,16 milyon manat, sair xərcləri 3,41 milyon manat, cəmi xərcləri 18,36 milyon manat təşkil edib.

Ötən il sığorta şirkəti 15,5% kiçilib. Belə ki, “Azsığorta”nın cəmi aktivləri 1 yanvar 2024-cü il tarixinə 29,94 milyon manat  təşkil edib. Bu isə son bir ildə 4,6 milyon manat azalma deməkdir.

Bu dövrdə şirkətin cəmi öhdəlikləri 6,22 milyon manat və ya 48,6% azalaraq 12,8 milyon manata enib. Balans kapitalı isə 1,58 milyon manat və ya 9,2% artaraq 17,14 milyon manat təşkil edib.

Seçilən
58
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4261
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3792
Bu yol qovşağında təmir işləri aparılacaq
3322
Bakıda hoteldə yanğın başlayıb
2840
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1962
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1793
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1609
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1585
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1566
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1391
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1366
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1284
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1261
Azərbaycan nefti ucuzlaşıb
1208
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1068
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1049
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1047
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1011
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
989
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
918