AZ

“Azsığorta” kiçilib: Əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb

“Azsığorta” ASC 2023-cü ili 1,58 milyon manat xalis mənfəətlə başa vurub.

Valyuta.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azsığorta” zərərdən mənfəətə keçib. Belə ki, şirkət 2022-ci ili 2 milyon manat xalis zərərlə başa vurmuşdu.

Bununla belə, sığorta şirkəti ötən il əməliyyatlarını əvvəlki ilə nisbətən pis idarə edib. Belə ki, əsas əməliyyat gəlirləri 13% və ya 1,44 milyon azalaraq 9,76 milyona enib. Bu gəlirlərin 7,95 milyon manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 587 min manatı isə təkrarsığorta üzrə təkrarsığorta haqlarının payına düşüb. Bu isə müvafiq olaraq 2,65 milyon (25%) azalma və 16 min manat (2,8%) azalma deməkdir.


Bu dövrdə ASC-nin əsas əməliyyat xərcləri 9,79 milyon manat, işlərin aparılması xərcləri 5,16 milyon manat, sair xərcləri 3,41 milyon manat, cəmi xərcləri 18,36 milyon manat təşkil edib.

Ötən il sığorta şirkəti 15,5% kiçilib. Belə ki, “Azsığorta”nın cəmi aktivləri 1 yanvar 2024-cü il tarixinə 29,94 milyon manat  təşkil edib. Bu isə son bir ildə 4,6 milyon manat azalma deməkdir.

Bu dövrdə şirkətin cəmi öhdəlikləri 6,22 milyon manat və ya 48,6% azalaraq 12,8 milyon manata enib. Balans kapitalı isə 1,58 milyon manat və ya 9,2% artaraq 17,14 milyon manat təşkil edib.

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3372
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3252
Bu yol qovşağında təmir işləri aparılacaq
2729
Bakıda hoteldə yanğın başlayıb
2287
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1396
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1380
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1251
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1086
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1069
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
881
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
844
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
806
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
801
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
762
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
752
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
739
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
719
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
702
Sabah 5 kəndin qazı kəsiləcək
697