AZ

Azərbaycanın Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq

“Tehran və Bakı arasında əlaqələrdə müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq”.
Ednews xəbər verir ki, bu barədə IRNA agentliyinə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə bildirib.
“Daha böyük əməkdaşlıq istiqamətində müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə öz fəaliyyətini bərpa edəcək. Gündəlikdə həmçinin iki ölkə rəsmiləri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də dayanır”, - deyə mənbə qeyd edib.

Seçilən
77
5
Mənbələr
Şərh ()
Bağla