AZ

IRNA: “Azərbaycan tezliklə Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək” - FOTO

“Tehran və Bakı arasında əlaqələrdə müsbət yöndə razılaşmalar əldə olunub və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq”.

Bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA agentliyinə müsahibəsində bildirib.

“Daha böyük əməkdaşlıq istiqamətində müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə öz fəaliyyətini bərpa edəcək.

Gündəlikdə həmçinin iki ölkə rəsmiləri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də dayanır”, - deyə o qeyd edib.

Mənbənin məlumatına görə, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin missiyası başa çatıb.

“Mövcud razılaşmalar çərçivəsində ölkəmizin yeni səfiri Bakıya göndəriləcək”, - deyə mənbə əlavə edib.

Seçilən
78
5
Mənbələr
Şərh ()
Bağla