AZ

"Üstünlük bizim tərəfdə idi" - kaXaber Sxadadze

Misli premyer-liqasının 28-ci turunda “Qəbələ” “Neftçi”ni qəbul edib - 0:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Danışmağa çox sözüm yoxdu. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər".


- Bu oyunu unutmaq üçün nə edəcəksiz?
- Belə oyundan sonra toparlanmaq çox çətindi. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.

- Əsas rəqibiniz olan "Kəpəz" əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. Bu gün "Qəbələ" isə 10-dan çox epizod yaratdı, amma qol vurma bilmədi. Sizcə, bunun səbəbi nədi?
- Sizinlə razıyam. Bəli, "Kəpəz" demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdu. Keyfiyyət çatmır.

- Mətbuatda belə xəbərlər varki, komanda aşağı liqaya düşsə də, "Qəbələ"də qalacaqsız. Bu xəbərlər nə dərəcədə həqiqətdi?
- Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.

- Premyer-liqada sonuncu yerdə olsaz da, kubokda yarımfinaldasız. Kubokla bağlı fikirləriniz necədi?
- Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər.
Seçilən
217
4
Mənbələr
Şərh ()
Bağla