AZ

"Hara getmişəmsə, ad qoymağa çalışmışam" - Kaxaber Tsxadadze

Misli Premyer Liqasının XXVIII turunda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında oyunu şərh edib, jurnalistlərin suallarını cavablandırıb. 

- Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər.

- Bu oyunu unutmaq üçün nə edəcəksiz?

- Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.

- Əsas rəqibiniz olan "Kəpəz" əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. Bu gün "Qəbələ" isə 10-dan çox epizod yaratdı, amma qol vurma bilmədi. Sizcə, bunun səbəbi nədir?

- Sizinlə razıyam. Bəli, "Kəpəz" demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır.

- Mətbuatda belə xəbərlər var  ki, komanda aşağı liqaya düşsə də, "Qəbələ"də qalacaqsız. Bu xəbərlər nə dərəcədə həqiqətdir?

- Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.

- Premyer liqada sonuncu yerdə olsaz da, kubokda yarımfinaldasız. Kubokla bağlı fikirləriniz necədir?

- Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər.

Seçilən
261
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26338
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17618
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16949
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16931
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13983
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11438
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11382
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10772
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10088
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9461
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7268
Səidə Sultan klipi üçün lüt soyundu
7140
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6144
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5945
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5677
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5190
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5179
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4298