AZ

Yaponiyada uşaq istismarı hallarının sayı artıb

Yaponiyada 2023-cü ildə bildirilən uşaq istismarı hallarının sayı əvvəlki ilə nisbətən 6,1 artaraq 122 min 806-ya çatıb.Milli Polis Agentliyinin (Keisatsucho) açıqladığı məlumatlara görə, Yaponiyada uşaq istismarı halları 2023-cü ildə əvvəlki ilə nisbətən 6,1 faiz artıb.Buna görə, 2023-cü ildə ölkə daxilində uşaq məsləhət mərkəzlərinə 122 min 806 uşaq istismarı hadisəsi barədə məlumat verilib.Ötən il uşaqlara qarşı zorakılıq halları ilə bağlı cinayət araşdırmalarının sayı əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2385-ə çatıb.Yaponiyada 1990-cı ildən bəri davamlı olaraq artan uşaq zorakılığı hallarında psixoloji zorakılıq və fiziki zorakılıq birinci yerdədir.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla