AZ

Yaponiyada uşaq istismarı halları artıb

Yaponiyada 2023-cü ildə bildirilən uşaq istismarı hallarının sayı əvvəlki ilə nisbətən artıb.Milli Polis Agentliyinin (Keisatsucho) açıqladığı məlumatlara görə, Yaponiyada uşaq istismarı halları 2023-cü ildə əvvəlki illə müqayisədə 6,1 faiz artaraq 122 min 806-ya çatıb.2023-cü ildə ölkə daxilində uşaq məsləhət mərkəzlərinə 122 min 806 uşaq istismarı hadisəsi bildirilib.Ötən il uşaqlara qarşı zorakılıq halları ilə bağlı cinayət araşdırmalarının sayı əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2385-ə çatıb.2023-cü il ölkədə 1990-cı ildən bəri davamlı olaraq artan uşaq zorakılığı hallarında psixoloji zorakılıq və fiziki zorakılıq birinci yerdədir.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla