AZ

Sabah 18 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğruayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağıehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhərarabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdəarabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi,axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var.Qərb küləyibəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir dumanolacaq.

Havanın temperaturu gecə 4-9°, gündüz 20-25°, dağlarda gecə 3°şaxtadan 2°-dək isti, gündüz 5-10° olacaq.

Məqalədə:
Seçilən
218
50
Mənbələr
Şərh ()
Bağla