AZ

Bakıda duman olacaq, külək əsəcək

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyiəsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 4-9°, gündüz 15-20°, dağlarda gecə 2°şaxtadan 3°-dək , gündüz 10-15° olacaq.

Məqalədə:
Seçilən
215
3
Mənbələr
Şərh ()
Bağla