AZ

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Mərkəzi

Bakı, 29 mart, AZƏRTAC

Ötən il Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.

“Azərbaycandan birbaşa investisiyaların məbləğinə görə ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) olub”, - deyə departament direktoru vurğulayıb.

Seçilən
135
24
Mənbələr
Şərh ()
Bağla