AZ

Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi açıqlanıb

Ötən il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard dollar təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.

S.Nəsirov Azərbaycan iqtisadiyyatında birbaşa investisiyaların həcminə görə liderlik edən beşlik ölkələri qeyd edib: “Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar)”.

Seçilən
114
11
Mənbələr
Şərh ()
Bağla