AZ

Ucarda məktəb binası yanıb

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
62
27
Mənbələr
Şərh ()
Bağla