AZ

Ucarda məktəb binasında yanğın

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Seçilən
64
27
Mənbələr
Şərh ()
Bağla