Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd "F-1" əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.