Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd F-1 əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.
Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.