AZ

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub.

Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəyə edilmiş hədiyyələr istisnadır. Belə ki, onlar ümumi əmlak hesab edilir.

Xəbəri rus dilində oxuyun: Уволен гендиректор ПО ''Азнефть"

Amma ayrıca verilmiş hədiyyə şəxsin özününkü sayılır. Məsələn, nişanda bəyin qohumu gəlinə qızıl və ya başqa hədiyyə veribsə və cütlük gələcəkdə boşanarsa, həmin hədiyyələr gəlinin öz əmlakı sayılacaq.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
7
Mənbələr
Şərh ()
Bağla