AZ

Türkiyənin ustad sənətkarı beyin əməliyyatı keçirdi, vəziyyəti stabildir

Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın ustad sənətkarı Kadir İnanırın son vəziyyəti açıqlanıb.AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 mart tarixində Beykozdakı evində halı pisləşən və xəstəxanaya çatdırılan aktyor beyin əməliyyatı keçirib və qan laxtası yığılan damarı açılıb.

K.İnanır 2 gün reanimasiyada saxlanılıb. Doktorlarının verdiyi məlumata görə, aktyor ilk dəfə xəstəxanaya gətirilən zamanı şüuru özündə olmayıb və sağ tərəfdən iflic olub.

Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının Baş Həkimi Prof. Dr. Necdet Sağlam bildirib ki, əməliyyatdan sonra çəkilən MRT müayinələri prosedurun uğurlu keçdiyini və beyin qidalanmasının hazırda yaxşı olduğunu qeyd edib.

Həkim Kadir İnanırın vəziyyətinin stabil olduğunu açıqlayıb və hazırda reanimasiyadayatılı saxlanıldığını qeyd edib.

Aytən Zəhra
AzVision.az

Seçilən
36
38
Mənbələr
Şərh ()
Bağla