AZ

ABŞ-dan FTX-yə cavab: Bu işdə onların əli yoxdur!

Vaşinqton, London və Kiyevin Moskvada “Krokus Siti Holl”da baş verən terror aktında əli yoxdur.
BUTA.TV-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. “Birincisi, bu, sadəcə yalandır. Dövlət Departamenti Ukraynanın bu hadisə ilə əlaqəsini sübut edən heç bir dəlilin olmadığını açıq aydın bildirib. Çünki Ukrayna bu hadisədə iştirak etməyib”, - deyə Miller bildirib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu qanlı olayın arxasında ABŞ, Böyük Britaniya və Ukraynanın dayandığını iddia edir.

Seçilən
220
50
Mənbələr
Şərh ()
Bağla