AZ

Putin Moskva terror aktı ilə bağlı bir sıra diqqətçəkən suallar qaldırdı

 

  Rusiya prezidenti Vladimir Putin martın 22-də axşam saatlarında paytaxt Moskvada 139 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı bir sıra diqqətçəkən suallar qaldırıb.

  V.Putin terror aktı və ondan sonra görülən tədbirlərlə əlaqədar hökumət və bölgə rəsmiləri, kəşfiyyat və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə toplantı keçirib.

  İstintaqın obyektiv, ən peşəkar şəkildə və heç bir siyasi qərəz olmadan aparılmasına diqqət çəkən Putin deyib: "Biz bilirik ki, bu cinayəti İslam dünyasının əsrlər boyu mübarizə apardığı radikal islamçılar törədib. Lakin eyni zamanda, işin içində ABŞ da var. Rəsmi Kiyevdən iz yoxdur. Moskvada törədilən qanlı terror aktının Rusiyada qadağan olunmuş DEAŞ təşkilatı üzvləri tərəfindən həyata keçirildiyinə inandırmağa çalışırlar.

  Rusiya və onun xalqına qarşı bu zülmün kimin əli ilə törədildiyinə dair kəşfiyyat qurumu ilə hüquq-mühafizə orqanları birgə çalışaraq suallara cavab axtarır.

  Radikal təşkilatlar həqiqətən də Yaxın Şərqdə ədalətli həll tərəfdarı olan Rusiyanı vurmaqda maraqlıdır?

  Necə olur ki, özlərini sözdə xalis İslamı müdafiə edən dindar müsəlmanlar kimi göstərən radikal islamçılar bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayında böyük zülm və cinayət törədir? Kimə sərfəlidir bu iş? Bu vəhşilik 2014-cü ildən bəri neonasist Kiyev rejiminin əli ilə ölkəmizə qarşı vuruşanların silsilə cəhdlərinin yalnız bir həlqəsi ola bilər. Və nasistlər, məlum olduğu kimi, heç vaxt üsyançılara müraciət etməkdən, məqsədlərinə çatmaq üçün ən çirkin və qeyri-insani yollara ghetməkdən çəkinmir.

  Moskvada hücumu həyata keçirən terrorçular cinayəti törətdikdən sonra niyə Ukraynaya getməyə çalışdılar? Onları orada kim gözləyirdi? Aydındır ki, rəsmi Kiyevi dəstəkləyənlər terrorun ortağı və sponsoru olmaq istəməz. Həqiqətən çoxlu suallar var”.



Seçilən
173
50
Mənbələr
Şərh ()
Bağla