AZ

Keyti xərçəng olduğunu deməyə kim təşviq edib?

Böyük Britaniya kralı III Çarlz şahzadə Keyt Middltonu ictimaiyyətə ona xərçəng diaqnozu qoyulduğunu söyləməyə təşviq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Məlumata görə, Uels şahzadəsi kral III Çarlzın xərçəng olduğunu elan etdikdən sonra aldığı dəstəkdən ilhamlanıb.   

“Keyt və Uilyamın xəbəri açıqlamaq qərarına təsir edən amillərdən biri Kralın xərçəng olduğunu deməsindən sonra gördüyü isti münasibət və dəstək oldu. Bu onun üçün çox şey ifadə edirdi. Bu, müəyyən mənada nümunə rolunu oynadı”, - mənbə bildirib. 

Bizim.Media

Seçilən
54
16
Mənbələr
Şərh ()
Bağla