AZ

Navalnının tərəfdarlarından AKSİYA: Seçki məntəqələrinə “Molotov kokteyli” ATDILAR

Dünən Rusiyada prezident seçkilərinin son günündə Aleksey Navalnının tərəfdarları eyni vaxtda seçki məntəqələrinə gələrək "qanunsuz səsvermə aksiyası"na başlayıblar. 

 

Sfera.az xəbər verir ki, onlara Navalnının həyat yoldaşı Yuliya Navalnaya başçılıq edib.

 

Ölkədə səsvermənin ilk günündə bəzi seçki qutularına boya, bəzi seçki məntəqələrinə isə “Molotov kokteyli” atılıb.

 

Dünən isə o, tərəfdarları Putindən başqa istənilən namizədə səs verməyə, bülletenləri doğramağa və ya üzərinə böyük hərflərlə “Navalnı” yazmağa çağırıb. Bildirib ki, səs vermək istəməsələr belə, heç olmasa seçki mərkəzlərinin qarşısında gözləsinlər.

 

Yuliya Navalnaya əlavə edib ki, onların həyata keçirəcəkləri aksiya təhlükəsizdir və heç kim saxlanılmayacaq.Bundan sonra Rusiyada bəzi səsvermə mərkəzlərində növbələr qəfil artıb. Seçicilər həyatlarında ilk dəfədir ki, seçkidə növbə yarandığını gördüklərini deyiblər.

 

Moskva prokurorluğu aksiyanın qanunsuz olduğunu deyərək etirazçılara xəbərdarlıq edib. Belə ki, bu tip qanun pozuntularını törədən şəxslər 5 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

Səsvermə zamanı 47-dən çox adamın həbs edildiyi bildirilib.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
16
sfera.az

10Mənbələr