AZ

Sevda Yahyayevanın adından dələduzluq edildi

Sevda Yahyayevanın adından dələduzluq edildi

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilir.

Sənətçi bunu instaqram hesabında paylaşıb.

Yahyayeva izləyicilərinə müraciət edərək belə paylaşımlara aldanmamağa çağırış edib:

"Mənim dəyərli izləyicilərim, əzizlərim! Bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, "Biz qazandıq, sən də qoşul və qazan" kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
332
18
sonxeber.az

10Mənbələr