AZ

Sevda Yahyayevanın adından

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilib.Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, onun adından saxta profil açılaraq paylaşımlar edilib:

“Dəyərli izləyicilərim, əzizlərim, bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
286
18
metbuat.az

10Mənbələr