AZ

ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

ABŞ husilərə məxsus 6 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb

Birləşmiş Ştatlar Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

"ABŞ-nin Hərbi Qüvvələri Qırmızı dənizin cənubunda husilərin 6 pilotsuz uçuş aparatına hücum edib. Onlardan beşi Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan ərazilərə düşüb", - komandanlığın "X"dəki səhifəsində yayımlanan bəyanatda deyilir.

Husilərin beş gəmi əleyhinə ballistik raket buraxdığı qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
341
14
sonxeber.az

10Mənbələr