AZ

Ağız boşluğunun sağlamlığı bu vitamindən asılıdır

RUDN Tibb İnstitutunun direktor müavini, terapevtik stomatologiya kafedrasının müdiri, dosent Zurab Xabadze hesab edir ki, ağız sağlamlığını qorumaq üçün hər üç-altı ayda bir D vitamini qəbul etmək lazımdır.

"Ölkə.az" xəbər verir ki, ekspert bu barədə Gazeta.ru-ya müsahibəsində bildirib.

“Sizin qidalanmanız avtomobili işə salan benzinlə eyni funksiyanı yerinə yetirir. D vitamini isə elə bir "yağdır" ki, onsuz heç bir "mühərrik" işə düşməyəcək. Birincisi, kalsium və fosforun uğurla mənimsənilməsinə kömək edir. İkincisi, onun çatışmazlığı bədənin ümumi immunitetinə mənfi təsir göstərir. İmmunitetin azalması isə bizi müxtəlif patogenlərə, o cümlədən ağız boşluğunda olan patogenlərə daha həssas edir. Hətta D vitamini çatışmazlığı olmazsa, diş daşı çökmələri də baş verə bilməz”, - mütəxəssis izah edib.

Həkim diş sağlamlığı üçün pəhrizin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, qazlı içkiləri minimuma endirmək və spirtli içkilərdən uzaq durmaq lazımdır.

Seçilən
162
1
Mənbələr
Şərh ()
Bağla