AZ

Ağız qoxusunun yaranma SƏBƏBİ

Beynəlxalq tədqiqatçılar qrupu xoşagəlməz qoxuların əmələ gəlməsinin mexanizmlərini üzə çıxarmaq qərarına gəlib. Alimlərin yeni araşdırması ağız boşluğunda metanetiol və metil merkaptan istehsalına cavabdeh olan bakteriyaları - çürük kələmin ətirinə bənzər kəskin qoxusu olan zəhərli qazları müəyyən etməyə yönəlib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu maddələr diş və dildəki mikrobların fəaliyyəti nəticəsində yaranan ağız qoxusunun əsas süəbəblərindən biridir. İndiyə qədər bu qazları hansı xüsusi mikroorqanizmlərin əmələ gətirdiyi və onların qarşılıqlı təsirinin necə baş verdiyi aydın olmayıb.

Dişlərdə və dildə qida qalıqları uçucu kükürd birləşmələrinin mənbəyinə çevrilir, bunlar arasında metil merkaptan xüsusilə aşağı iybilmə həddi ilə xarakterizə olunur ki, bu da onu halitozun baş verməsində kritik faktora çevirir və periodontitə işarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
4
lent.az

10Mənbələr