AZ

TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlandı

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.

Publika.az TANAP konsorsiumuna istinadla xəbər verir ki, Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 30 iyun 2018-ci il tarixindən etibarən kommersiya qazının tədarükü həyata keçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.

TANAP Türkiyə və Avropanın enerji təchizatının strateji təhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir”, - konsorsiumun bəyanatında deyilir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard ABŞ dollarından azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
5
publika.az

5Mənbələr